...

Vaşinqtonda BVF-in yaz iclasları öz işinə başlayıb (FOTO)

Maliyyə Materials 15 Aprel 2024 17:24 (UTC +04:00)
Vaşinqtonda BVF-in yaz iclasları öz işinə başlayıb (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Bu barədə Trend tədbirin keçirildiyi yerdən xəbər verir.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.

Bundan başqa, dünya iqtisadiyyatı, beynəlxalq inkişaf və dünya maliyyə bazarlarına həsr olunmuş tədbirlər də planlaşdırılır.

Qeyd edək ki, BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

Bundan başqa, bu görüşlərdə sənaye siyasətinə dönüş, inkişaf etməkdə olan ölkələrdə vergi potensialının artırılması, enerji subsidiyalarının ayrılması ilə əlaqədar islahatlar, Avropa və Asiyada maliyyə sabitliyi üçün geoiqtisadi fraqmentasiyanın nəticələri kimi mövzular diqqət mərkəzində olacaq. Həmçinin qlobal maliyyə sabitliyi ilə bağlı yenilənmiş məruzə və dünya iqtisadiyyatının perspektivlərinə dair hesabat təqdim olunacaq.

Tədbir çərçivəsində qlobal iqtisadiyyat, kapital axını və artımı üzrə seminarlar da keçiriləcək.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti