Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 2 faiz səviyyəsində olacağını proqnozlaşdırır (əvvəlki proqnoz 3 faiz idi).
Trend bu barədə “S&P”yə istinadən xəbər verir.
Agentlik qeyd edib ki, növbəti il orta illik inflyasiya 4 faizə yüksələcək, lakin sonrakı illərdə 3 faizə qədər azalacaq.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanı 2,1 faiz, Dünya Bankı 4,2 faiz, BMT 5,9 faiz, 2025-ci ildə isə 3,9 faiz səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2024-cü ildə inflyasiyanı 5,5 faiz, 2025-ci ildə isə 6,5 faiz səviyyəsində gözləyir. Avropa Yenidənqurma və İnkişaf Bankı isə Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildəki 8,8 faizdən 2024-cü ildə 3,5 faizə qədər azalacağını proqnozlaşdırır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2024-cü il üçün illik inflyasiyanı 4±2 faiz səviyyəsində, İqtisadiyyat Nazirliyi isə orta illik inflyasiyanı 2024-cü ildə 2,7 faiz, 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz, 2027–2028-ci illərdə isə illik 3,8 faiz səviyyəsində proqnozlaşdırır.