...

İƏİT Azərbaycanda "yaşıl" iqtisadiyyat sahəsində çalışır

Yaşıl iqtisadiyyat Materials 29 Noyabr 2023 11:30 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) hazırda Azərbaycanda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, "yaşıl" iqtisadiyyatın inkişafı üzrə iki proqram çərçivəsində çalışır.

Bu barədə Trend-ə İƏİT-dən bildiriblər.

"Aİ tərəfindən maliyyələşdirilən "Green Economy EU4Environment" proqramı çərçivəsində İƏİT Azərbaycana "yaşıl" investisiyalar üzrə strategiya hazırlamaqda, ekoloji tələblərə riayət olunmasını təmin etməkdə, eləcə də "yaşıl" artım indikatorlarını hazırlamaqda kömək edir. Aİ tərəfindən maliyyələşdirilən "EU4Environment Water and Data" proqramı isə qiymətli su resurslarından dayanıqlı istifadəyə yardıma və ekoloji məlumatlara açıq çıxış imkanının dəstəklənməsinə yönəlib. İƏİT artıq 10 ildən çoxdur ki, Azərbaycanla su resursları ilə bağlı milli siyasətə dair çoxtərəfli dialoqa şərait yaradır. Dialoqlar su siyasəti üzrə islahatların təşviqinə və suyun iqtisadiyyatın bütün sektorlarında əsas resurs olduğunu qəbul edən bir sıra dövlət və özəl subyektlərin birləşməsinə yönəlib", - İƏİT-dən bildiriblər.

İƏİT-dən bildiriblər ki, təşkilat Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycanda əhalinin, kənd təsərrüfatı və sənayenin içməli və texniki su tələbatını qarşılamağa yardım etmək məqsədi daşıyan "yaşıl" dövlət xərcləri proqramının hazırlanmasında texniki yardım göstərib.

"Proqram ayrı-ayrı bölgələrdə təhlükəsiz məişət-içməli su təchizatı, suvarma suyunun təmin olunması və çirkab sularının çirklənməsinin azaldılması ilə bağlı ciddi problemlərlə üzləşən kəndlərə yönəlib."Şərq Tərəfdaşlığı ölkələrində borc kapitalı bazarlarının ekologiyalaşdırılması və yaşıl istiqrazların rolu" layihəsi çərçivəsində kapital bazarının vəziyyətinin təhlili aparılıb. Bu, Azərbaycanın "yaşıl" investisiyialar üçün borc maliyyələşdirməsini qəbul etməyə hazırlığını qiymətləndirməyə kömək edib", - deyə mənbədən bildiriblər.

Trend-in həmsöhbəti İƏİT-in ekoloji təftişləri təhlil edən hesabat və aparıcı beynəlxalq praktika əsasında Azərbaycanda ekoloji tələblərə riayətin təmin olunmasının digər aspektlərini hazırlamaqda olduğunu, eləcə də tövsiyələr təqdim edəcəyini bildirib.

"Azərbaycanda ətraf mühit və "yaşıl" iqtisadiyyat sahələrində dövlət idarəetməsi islahatlarında irəliləyişin təhlili, eləcə də ekoloji məqsədlərin əldə edilməsi üzrə idarələrarası əməkdaşlıq mexanizmlərinin yaradılmasında irəliləliyişin qiymətləndirilməsi üzrə işlər davam edir. Təxminən 2024-cü ildə dərc olunması planlaşdırılan hesabat milli, regional və yerli səviyyələrdə ətraf mühitin idarə edilməsinin üzləşdiyi problemlərin aşkarlanmasına imkan yaradacaq", - deyə təşkilatdan bildiriblər.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti