...

COP28 Rotterdamda konqresdə COP prezidentləri üçlüyünün əməkdaşlığının əhəmiyyətini müzakirə edib

Yaşıl iqtisadiyyat Materials 22 Aprel 2024 20:28 (UTC +04:00)
COP28 Rotterdamda konqresdə COP prezidentləri üçlüyünün əməkdaşlığının əhəmiyyətini müzakirə edib
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 22-də COP28 prezidenti Sultan Əhməd Əl-Cabir Rotterdamda 26-cı Qlobal Enerji Konqresi çərçivəsində Niderlandın baş nazirinin müavini Rob Yettenlə COP prezidentləri üçlüyünün (CO28, COP29 və COP30) əməkdaşlığının əhəmiyyətini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə COP28 sosial şəbəkədə məlumat paylaşıb.

"Enerji keçidinin sürətlənməsində özəl sektorun rolu, eləcə də, 2023-cü ilin dekabr ayında Dubayda keçirilən COP28 konfransında razılaşdırılmış dünyanın iqlim gündəliyinə dair məsələlərin reallaşdırılması üzrə ambisiyaları yüksəltmək üçün BƏƏ, Azərbaycan və Braziliyadan olan COP prezidentləri üçlüyü çərçivəsində əməkdaşlığın əhəmiyyəti müzakirə olundu", - məlumatda deyilir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu il 11-24 noyabr tarixlərində Azərbaycanda keçiriləcək.

COP30 isə 2025-ci ildə Braziliyada keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti