...

İqlim tədbirləri hər il milyonlarla insanın həyatını xilas edə bilər - ÜST rəhbəri

Yaşıl iqtisadiyyat Materials 19 İyun 2024 10:52 (UTC +04:00)
İqlim tədbirləri hər il milyonlarla insanın həyatını xilas edə bilər - ÜST rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Milyonlarla insan quraqlıqdan, kəskin temperatur artımından əziyyət çəkir.

Trend xəbər verir ki, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda çıxışı zamanı deyib.

“İqlim böhranı səhiyyə və sağlamlıq böhranıdır. İqlimlə bağlı humanitar fövqəladə halların miqyası artır. İqlim dəyişikliyi vəba, və malyariya kimi xəstəliklərin yayılmasına təkan verir.

İqlim tədbirləri hər il milyonlarla insanın həyatını xilas edə bilər”,- deyə o bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti