...

İtaliya COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq - Səfir

Yaşıl iqtisadiyyat Materials 19 İyun 2024 14:30 (UTC +04:00)
İtaliya COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq.

Bu barədə Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko deyib.

"İtaliya, şübhəsiz ki, COP29-da fəal iştirak edəcək. Ölkəmiz yüksək səviyyəli nümayəndə heyəti ilə bütün sessiyada təmsil olunacaq. Bu, iqlim gündəmini irəli aparmaq üçün çox mühüm hadisədir", - o deyib.

Səfir Azərbaycanı konfransa ev sahibliyi etmək kimi mühüm status alması münasibətilə təbrik edib.

"Bu tədbirin uğurlu olacağına əminik", - diplomat əlavə edib.

Qeyd edək ki, Luka di Canfrançesko bu ilin mayın 20-də İtaliyanın Azərbaycandakı yeni səfiri təyin edilib. Bu vəzifəni əvvəllər Klaudio Taffuri icra edib.

Xatırladaq ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Gülnarə Kərimova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti