...

Davamlı İnkişaf və İqlim İnnovasiyaları üzrə Beynəlxalq Forum keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Yaşıl iqtisadiyyat Materials 12 Sentyabr 2024 14:48 (UTC +04:00)
Davamlı İnkişaf və İqlim İnnovasiyaları üzrə Beynəlxalq Forum keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya səfirliyinin, "Great Challenge Fund", BMT-nin Azərbaycan nümayəndəliyinin və "John Patterson Events" şirkətinin dəstəyi ilə Bakı şəhərində Britaniya Ticarət Palatası (BCCA) tərəfindən təşkil edilən Davamlı İnkişaf və İqlim İnnovasiyaları üzrə Beynəlxalq Forum keçirilib.

Bu barədə Trend xəbər verir.

Tədbirin əsas mövzuları: 1) İş dünyasında ən son yeniliklər: havada karbonun tutulması, enerji transferi, tikintidə və mənzil sahəsində Net Zero, yaşıl hidrogen, rəqəmsal inkişaf. 2) Nəqliyyatda ESG və şəhər nəqliyyat sistemləri. 3) Ağıllı şəhərlərin indeksi.

Spikerlər arasında Vladanka Andreyeva (BMT-nin Azərbaycandakı Daimi Koordinatoru), Entoni Hobli (Howden Group şirkətinin İqlim Riskləri və Davamlılıq üzrə müavini), Britaniya Ticarət Palatasının Azərbaycandakı sədri Con Patterson, COP29 sədrlər komandasının nümayəndəsi Nigar Arpadarai və digərləri.

Forum, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfdaşlar Konfransının 29-cu sessiyası öncəsi iqlim dialoqları seriyasının bir hissəsi olaraq təşkil edilib.

BMT-nin Azərbaycandakı daimi koordinatoru Vladanka Andreyeva bildirib ki, dünya iqlim problemlərini həll etmək üçün ən yeni maliyyə alətlərinə ehtiyac duyur.

"Əgər biz indi ekosistemimizi qorumasaq, gələcəyimizi də qoruya bilməyəcəyik. Dünya hazırda qarşıdan gələn qlobal “Net Zero” hədəfinə çatmaq və təcili iqlim problemlərini həll etmək üçün ən yeni innovasiyalara və maliyyə alətlərinə ehtiyac duyur", - Andreyeva qeyd edib.

O, emissiyaların azaldılmasının iqtisadiyyatın əsas sahələrində, o cümlədən sənaye, nəqliyyat və tikintidə vacib olduğunu vurğulayıb.

"BMT bu məqsədlərə nail olmaq üçün kollektiv səyləri və layihələri dəstəkləyir. İqlim dəyişmələri hamını əhatə edir və təsir göstərir, buna görə də qlobal dialoq və innovativ həllərin tapılması zəruridir", — əlavə edib.

Böyük Britaniyanın “Howden Group” şirkətinin iqlim və risklər üzrə nümayəndəsi Entoni Hobbli qeyd edib ki, COP29 yeni iqlim reallıqlarını nəzərə alınmaqla biznesin uğurla fəaliyyət göstərməsi üçün böyük imkanlar açacaq.

O, COP29-nun noyabr ayında Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində danışıqların təşkili üzrə komandanın işini yüksək qiymətləndirib.

"İqlim dəyişikliyi iqtisadi inkişafa, investorların gəlirlərinə, biznesin fəaliyyətinə təsir edir, buna görə də iqlim qərarları qlobal əhəmiyyət kəsb edir", — Hobbli vurğulayıb.

Onun sözlərinə görə, "maliyyə bir çox problemi, o cümlədən, iqlim dəyişikliyinin təhlükəsini həll edir, və effektiv iqlim maliyyələşdirilməsi üçün bazarda mümkün qədər çox vəsait toplamaq lazımdır".

"İqlim dəyişikliyi risklərin, o cümlədən, kredit risklərinin artmasına səbəb olur. Buna görə də banklar bütün iqlim danışıqlarına qoşulurlar", — o əlavə edib.

Hobbli, Böyük Britaniya Ticarət Palatasının (BCCA) Bakıda biznes icması üçün COP qərarlarının həyata keçirilməsində birbaşa iştirak edən tədbirlər təşkil etməsindən məmnunluğunu ifadə etdi.

"Təsəvvür edin ki, Bakıda artıq 29-cu BMT-nin İqlim Dəyişməsi Konvensiyasının Tərəflərinin Konfransı keçiriləcək. Sonuncu 10 illikdə isə dünyanın ekologiyanı qorumaq üçün tədbir görməyin əhəmiyyəti barədə anlayış yaranıb ki, bu da iqtisadi inkişafın və şəhərlərin fəaliyyətinin uğurlu olması üçün vacibdir. Mən əminəm ki, COP29-dakı danışıqlar prosesi, əvvəlki COP sessiyalarında olduğu kimi, mühüm nəticələr verəcək", — Hobbli bildirib.

Onun fikrincə, iqlim maliyyələşdirilməsinin təşkilində və enerji keçidi tədbirlərinin irəlilədilməsində siyasi iradə də lazımdır.

"Düşünürəm ki, COP29 yeni iqlim reallıqları və iqlim dəyişikliyi ilə mübarizəni nəzərə alınmaqla biznesin uğurla fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradacaq", - o əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti