...

İqlim dəyişikliyi ölkələrin təhlükəsizliyi üçün mühüm məsələdir - Elşad İskəndərov

Yaşıl iqtisadiyyat Materials 11 Oktyabr 2024 15:50 (UTC +04:00)
İqlim dəyişikliyi ölkələrin təhlükəsizliyi üçün mühüm məsələdir - Elşad İskəndərov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi ölkələrin təhlükəsizliyi üçün mühüm məsələdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclasında deyib.

O bildirib ki, iqlim dəyişikliyi insan yerdəyişməsinə gətirib çıxarır, insanların günlük həyatına manelər yaradır.

“COP29 çərçivəsində əsas müzakirə mövzumuz, su təhlükəsizliyi, iqlim dəyişikliyi nəticəsində insan miqrasiyasının qarşısının alınması, torpaqların deqradasiyası və s. olacaq. COP29-da iqlim dəyişikliyi ilə sülh arasında bağlantılar olduğu qeyd edilib.

Sülh və iqlim dəyişikliyi arasında qarşılıqlı təsirin aydınlaşdırılması üçün analitik hesabatın hazırlanmasına ehtiyac var. COP və qeyri-COP təşəbbüsləri arasında sinerjinin qurulması bizim əsas hədəflərimizdən biridir”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günü keçirilir.

Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paralel tədbirlər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti