Bakı. Trend:
Böyük Britaniya COP29-da iddialı iqlim hədəfləri üçün səy göstərəcək.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımda deyilir.
“Təmiz enerjiyə keçid həm ölkə daxilində, həm də xaricdə yeni iş yerləri, iqtisadi artım və enerji təhlükəsizliyi yaradacaq”, - XİN-in paylaşımında qeyd olunub.