Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Smart Systems Technology telekommunikasiya şirkəti oktyabrın birinci yarısında Kapital bank üçün işləri başa çatdırmağı planlaşdırır.
Smart Systems Technology şirkətindən bildirilib ki, data transfer xidməti üçün Kapital Bank və onun regionlardakı filialları arasında (Sumqayıt, Gəncə, Şəki, Şamaxı, Mingəçevir, Lənkəran, Xaçmaz, Sabirabad, Yevlax, Xırdalan, Dəvəçi, Siyəzən, Qazax, Astara, Quba) məlumatların ötürülməsi korporativ şəbəkəsini yaradacaq.
Oracle korporasiyasının rəsmi tərəfdaşı olan Smart Systems Technology 1999-cu ilin noyabr ayında yaradılıb, bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması, informasiya sistemlərinin hazırlanması, bank və maliyyə sahələrində konsaltinq xidmətləri, internet xidmətlərinin göstərilməsi, müasir kommunikasiya avadanlıqlarının satılması və s. ilə məşğuldur.