...

Azərbaycan Qazaxıstana beynəlxalq rabitə kabelinin TransXəzər seqmentinin tikintisini sürətləndirməyi təklif edib

Telekommunikasiya Materials 13 Noyabr 2007 18:47 (UTC +04:00)
Azərbaycan Qazaxıstana beynəlxalq rabitə kabelinin TransXəzər seqmentinin tikintisini sürətləndirməyi təklif edib

Azərbaycan, Bakı, / Trend , müxbir K.Konırova, S.Babayeva/ Azərbaycan Qazaxıstana "Siyəzən (Azərbaycan)- Aktau (Qazaxıstan)" marşrutu üzrə "Trans-Asiya-Avropa" (TAA) fibrooptik kabel magistralının Xəzər seqmentinin çəkilməsi işlərinin sürətləndirməyi təklif edib. Bu barədə çərşənbə axşamı Astanada Azərbaycanın Rabitə və İnforimasiya Texnologiyları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzinin rəhbəri Cəlil Cəfərov məlumat verib.

Cəfərovun sözlərinə görə, noyabrın 12-də keçirilən görüşdə Azərbaycan tender keçirmək və layihə çərçivəsində TİƏ hazırlamağı təklif edib.

Cəfərov qeyd edib ki, güman ki, gələcək fəaliyyətlə bağlı yekun qərar tərəflərin Bakıda "BakuTel" (noyabrın 21-24-də) 13-cü beynəlxalq sərgi-konfransı ilə bağlı səfərinin yekunu olaraq qəbul olunacaq. Rabitə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu görüşdə ətraflı plan qəbul olunacaq və müvafiq protokol imzalancaq.

Tərəflər artıq Azərbaycan və Qazaxıstan operatorları, Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzi və Qazaxıstanın "KazTransCom" arasında protokol imzalayıblar. Bu sənədə əsasən, xərclərin 50%-i Azərbaycan, digər 50%-i isə Qazaxıstan tərəfindən ödəniləcək.

Dənizin dibi ilə rabitə kabelinin tikintisinin dəyəri, 1999-cu ildə aparılan hesablamalara görə, 10 mln. dollar təşkil edir. Cəfərov hesab edir ki, layihənin dəyərinin artacağı istisna edilmir. Yekun qiymətlər tender zamanı müəyyən olunacaq.

Qazaxıstan və Azərbaycan arasında çəkiləcək marşrutun uzunluğu 380 km təşkil edir. Azərbaycan ərazilərindən yan keçən mövcud marşrut Türkmənistan və İran ərazisindən keçir.

Azərbaycanın Rabitə Nazirliyində hesab edirlər ki, TAA kabelinin Azərbaycan ərazisindən keçməsi, layihəsinin rellaşması, marşrutun, demək olar ki, 2000 km qısalmasına səbəb olacaq ki, bu da məlumatın ötürülməsi trafikini sürətləndirəcək.

Xəbər lenti

Xəbər lenti