...

"Azercell Telecom" beynəlxalq MMS-rouminq üzrə yeni müqavilələr imzalayıb

Telekommunikasiya Materials 7 Dekabr 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" BM beynəlxalq rouminq üzrə yeni müqavilələr imzalayıb. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, operator beş şirkət - Ukraynanın "Astelit", Macarıstanın "Pannon", Çin Xalq Respublikasının "China Mobile", Fransanın "SFR", Böyük Britaniyanın "Hutchison 3G UK Limited" mobil rabitə şirkəti ilə Beynəlxalq MMS-rouminq xidmətini istifadəyə verib.

Abonentlərinə məsafə fərqini hiss etdirməmək üçün "Azercell Telekom" BM 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Hal-hazırda "Azercell Telekom" 16 mobil şəbəkə operatoru ilə 15 ölkədə MMS xidmətinə  qoşulub.

"Azercell" indiyə kimi 55 ölkənin 111 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Amma beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanları əldə edirdi. Adıçəkilən xidmət isə "Azercell" abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

Hazırda, "Azercell" abonentləri İsveçin "TeliaSonera", Gürcüstanın "Geocell'', Moldovanın "Moldcell", Avstraliyanın "Telstra", Türkiyənin "Turkcell", Bolqarıstanın "Globul", Çexiyanın "O2", Səudiyyə Ərəbistanının "Mobily", Almaniyanın "O2", Avstriyanın "One" və Ukraynanın "Kyivstar" abonentləri ilə də MMS mübadiləsi aparmaq imkanına malikdirlər.

"Azercell" şirkəti 2,8 mln.-dan çon abunəçiyə malikdir.

Xəbər lenti

Xəbər lenti