...

Azərbaycanda İnternetlə bağlı problemlərin həlli üçün Şura yaradılır

Telekommunikasiya Materials 24 Dekabr 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda İnternet sahəsində problemləri nizamlamaq üçün xüsusi komissiya yaradılır. Bu barədə bazar ertəsi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib. "Belə qərar (Şuranın yaradılması) Azərbaycan domenləri ilə yaranan problemlər və cəmiyyətin bu məsələyə artan marağı ilə əlaqədardır"-nazir bildirib. Şura Azərbaycanın Rabitə Nazirliyinin nəzdində fəaliyyət göstərəcək. Şuranın tərkibinə QHT-lərin, hökumətin, təhsil sahəsinin, biznes və elmi mütəxəssislər daxil olacaq. "Problemlərin həlli Şuranın demokratiya əsasında fəaliyyətə başlamasından sonra mümkün olacaq" - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti