...

"Azerfon" "24" kampaniyasını uzadıb

Telekommunikasiya Materials 13 Fevral 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azerfon" BM ("Nar Mobile" ticarət nişanı) gün ərzində 0 qəpik qiymətinə zənglər etmək imkanı yaradan "24" kampaniyasının müdətini uzadıb, - şirkətin məlumatında deyilir.

Kampaniya fevralın 29-dək etibarlıdır.

"24" xidmətini aktivləşdirərək? dəqiqəsi 0 qəpik qiymətinə 24 saat danışıq əldə etmək üçün telefonda *777#24#YES şifrəsini yığmaq və ya 777 nömrəsinə +24 yazaraq SMS göndərmək kifayətdir.

Xidmətin müvəffəqiyyətli aktivizasiyasından sonra abunəçiyə bildiriş mesajı çatdırılacaqdır. 24 saat ərzində limitsiz sayda şəbəkədaxili zənglər etmək imkanını yaradan "24" xidmətinin istifadə haqqı cəmi 1 AZN (ƏDV daxil) təşkil edir.

"24" xidmətindən "Rəngarəng Zövqlər" (Rejim 1/ Rejim 2) , "Məqsədə Doğru" və "Xoş Xəbər" Tarif Planlarının bütün abunəçiləri istifadə edə bilərlər. "24" xidmətini 2007-ci il dekabrın 1-dən 2008-ci il fevralın 29-dək istənilən qədər aktivləşdirmək mümkündür .

"Azerfon" BM ("Nar Mobile" ticarət nişanı) Azərbaycanda GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin sonunda lisenziya alıb. Şirkət kommersiya fəalliyyətinə 2007-ci il martın 21-dən başlıyıb. Hazırda Nar Mobile şəbəkəsinin 300 mindən çox abunəçisi var.

Xəbər lenti

Xəbər lenti