...

İnsan ehtiyatları Fondu Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birinci iclasına hazırlaşır

Telekommunikasiya Materials 27 Fevral 2008 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.Babayeva / Ay ərzində 2006-cı ilin sonlarında təsis edilən, bu yaxınlarda qeydiyyatdan keçən İnsan Ehtiyaları Xeyriyə Fondunun Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı ilk iclası təşkil oluna bilər.

"İclasda idarə heyətinin üzvləri seçiləcək və informasiya texnologiyaları sahəsində çalışan yerli kadrlara xaricdə təhsil almağa kömək etmək üçün iş planı müəyyən ediləcək", - çərşənbə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Hazırda Fondun işə başlaması ilə əlaqədar bir sıra təşkilati məsələlər həll olunur.

Fondun QHT qismində yaradılması təşəbbüsü Rabitə Nazirliyi rəhbərliyindən və İT şirkətlərdən irəli sürülüb.

Fondun tərkibinə 15-dən artıq İT şirkətləri "AZEL", "Sinam", "Ultra", "Catel", "Azercel"l, "Bakcell", "Azerfon", "Microsoft" və digərləri daxildirlər. Gələcəkdə Fondun tərkibi Azərbaycan ərazisində fəaliyyət göstərən digər şirkətlər hesabına artırıla bilər.

Xəbər lenti

Xəbər lenti