...

"Azercell" yeni rouminq-saziş imzalayıb

Telekommunikasiya Materials 5 Mart 2008 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" abonentlərin istifadəsinə Banqladeşin "Aktel", İspaniyanın "Xfera-Moviles" və Rusiyanın "LLC Ekaterinburg-2000" operatoru ilə GPRS/MMS rouminq xidməti təqdim edib.

Şirkətdən verilən məlumatda deyilir ki, bu, Banqladeş operatoru ilə birinci, İspaniya ilə ikinci, Rusiya ilə dördüncü GPRS/MMS rouminq əlaqəsidir. Bu gün "Azercell" abonentləri İspaniyaınn "Xfera-Moviles", Rusiyaının "Megafon", "VimpelCom" və "MTS" operatorlarının xidmətindən istifadə edir.

"Azercell Telecom" 59 ölkənin 121 şəbəkə operatoru ilə GPRS/MMS sahəsində rouminq əlaqəsinə malikdir.

Azərbaycanda GSM standartı üzrə ən böyük mobil rabitə operatoru olan "Azercell Telecom" 3 mln. abonentə xi dmət gösətərir.

Xəbər lenti

Xəbər lenti