...

"Azerpocht" yeni obyektləri istismara verəcək

Telekommunikasiya Materials 12 Mart 2008 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azerpocht"DM dörd yeni poçt binasının tikintisini başa çatdırıb. Binalardan üçü Bakı şəhərində, biri Mingəçevir şəhərində tikilib. Bununla yanaşı, Mingəçevirdə bir poçt şöbəsi bütünlüklə yenidən yaradılıb. Bu barədə nazirliyin məlumatında deyilir.

Yeni binalar mart ayının 18-19-da, Novruz bayramı münasibətilə istismara veriləcək.

Azerpocht DM 2007-ci ildə 250 yeni iş yeri və 97 yeni poçt şöbəsi açıb.

Təşkilat 1997-ci ildə Ümumdünya Poçt Biriliyinin tövsiyəsi ilə yaradılıb. DM-in təkibinə 59 poçtamt, iki poçt müəssisəsi, iki törəmə müəssisə və səkkiz rabitə qovşağı daxildir. Ölkənin bütün yaşayış məntəqələrini əhatə edən "Azerpocht" 1,3 min poçt şöbəsi var. O, səmərəli işləyən müəssisə hesab olunur.

Xəbər lenti

Xəbər lenti