Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir S.Babayeva/ Azərbaycanda ilk dəfə olaraq iri filateliya mağazası açılacaq. Bu barədə "Azermarka" şirkətinin prezidenti İntiqam Bağırlı məlumat verib.
"Sovet İttifaqı dağılandan sonra bu, ölkədə ilk filateliya mağazası olacaq" - deyə o, bildirib.
Mağaza, obyektin açılışı üçün təmir-tikinti işlərinin aparıldığı "Azerpocht" Dövlət Müəssisəsinin binasında yerləşəcək.
Azərbaycan müstəqilliiyini elan edəndən sonra, 1992-ci ildən post markaları çar olunmağa başlayıb. Hazırda "Azermarka" müxtəlif mövzularda 600 poçt markası buraxıb. Cari ilin birinci rübü ərzində şirkət yeddi poçt markası və dörd poçt kartı nəşr edib.