...

Azərbaycan İT sahəsində aparıcı ölkələr sırasına daxil olacaq – diplomat

Telekommunikasiya Materials 5 May 2008 15:01 (UTC +04:00)
Azərbaycan İT sahəsində aparıcı ölkələr sırasına daxil olacaq – diplomat

Azərbaycan, Bakı, 05 may/ Trend , müxbir S.Babayeva/İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı baxımından Azərbaycan və Belarus arasında ümumi cəhətlər çoxdur. Bu ölkənin səfiri Nikolay Paskeviç belə hesab edir.

"İKT bizim ölkələrimizdə prioritet istiqamətlər sırasına daxildir", - Belarus səfiri "Rabitə Dunyasi" qəzetinə (Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi qəzeti) müsahibəsində bildirib.

Onun sözlərinə görə, Belarus İKT sahəsində mütərəqqi nəaliyyətlərə malikdir - "elektron hökumət"in yaradılması, optik şəbəkənin inkişafı üzrə layihələr reallaşdırılır.

"Bizim müşahidə etdiyimiz dinamika göstərir ki, Azərbaycan da həmçinin çox sürətli templərlər özünün mövqelərini artırır və möhkəmləndirir. Təbii ki, Azərbaycan İKT sahəsində aparıcı ölkələrin sırasına daxil olacaq və düşünürəm ki, bu planda çox sayda qarşılıqlı faydalı layihələr ola bilər", - Paskeviç bildirib.

Onun sözlərinə görə, Azərbaycan rabitə nazirinin martda Belarusa səfərinin yekunlarına dair İKT-də ikitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi, xüsusilə də Bakıda, Belarus yüksək texnologiyalar parkının (YTP) nümayəndələrinin iştirakı ilə baş tutacaq texnoloji parklar üzrə biznes-forumun keçirilməsi üzrə ciddi işlər nəzərdə tutulub. Ötən il YTP-nin məhsul ixracı iki dəfə artaraq $56,8 mln. təşkil edib.

2008-ci il yanvarın 1-nə YTP-nin rezident-şirkətlərində 4537 nəfər çalışıb. Onlardan 70 faizini gənclər - 18 yaşdan 30 yaşadək insanlar təşkil edir. YTP və onun rezidentləri tərəfindən Belarus universitetlərində (o cümlədən regionlarda) təqribən 20 İT laboratoriya yaradılıb, investisiyaların həcmi isə təxminən $0,5 mln. təşkil edib.

Xəbər lenti

Xəbər lenti