...

"Vımpelkom" Azərbaycanın telekommunikasiya bazarını müsbət qiymətləndirir

Telekommunikasiya Materials 29 May 2008 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir S.Babayeva/ Rusiyanın iri şirkətlərindən birinin baş direktoru Aleksandr İzosimov hesab edir ki, Azərbaycan telekommunikasiya bazarı "Vımpelkom" rabitə operatorunun təmsil olunmadığı MDB ölkələri arasında ən cəlbedicidir.

2007-ci ilin sonlarında Rusiya, Qazaxıstan. Ukrayna, Özbəkistan, Tacikistan və Ermənistanda şirkətin abunəçilərinin sayı 63,34 mln. nəfər təşkil edib.

"Biz çox istərdik ki, bura [Azərbaycan bazarına] daxil olaq", - İzosimov Ekspert Oline-nin təşkil etdiyi internet-forumunda deyib.

"Vımpelkom"un Azərbaycan bazarını müsbət qiymətləndirməsinə baxmayaraq, şirkətin hələ ki, bu ölkədə işləməklə bağlı konkret planları yoxdur.

"Hazırda bazara çıxmaq üçün konkret imkanlar yoxdur, lakin hər zaman olduğu kimi, bu imkanlar gözlənilmədən yarana bilər", - İzosimov deyib.

"Vımpel-Kommunikasiyaları" ("VımpelKom") - "Bilayn" ("Beeline") brendilə MDB ərazisində rabitə xidməti göstərən iri mobil rabitə operatorlarından biridir. İri səhmdarı - Norveçin "Telenor" (26,6 faiz adi səhmlər) və "Alfa-Qrup" (42,4 faiz) telekomunikasiya aktivlərini idarə edən "Altimo" şirkətidir. 2007-ci il aprelin 12-nə bazar kapitallaşması - $19,54 mlrd. təşkil edib.

Azərbaycanda "Azercell Telecom", "Bakcell" və "Azerfon"nun payına düşən GSM standartlı mobil rabitə abunəçilərinin sayı 4,4 mln. nəfərdən çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda yanvar-aprel aylarında 274 mln. manat dəyərində rabitə xidməti göstərilib, bu gəlirlərin 71,2 faizi mobil rabitənin payına düşür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti