...

İyunda komputer oyunları üzrə Azərbaycanın III milli çempionatı keçiriləcək

Telekommunikasiya Materials 31 May 2008 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı,31 may/ Trend Cap / İyunda kompüter oyunları üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək. Çempionatın təşkilatçıları Samsung Electronics şirkətinin baş sponsorluğu ilə, Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Kompüter Oyunları Assosiasiyasıdır (MKOA)

MKOA-dan bildiriblər ki, bu il çempionatın keçiriləcəyi oyunların sayı yeddiyə çatıb - - Counter-Strike, FIFA 08, Need For Speed: ProStreet, WarCraft: The Frozen Throne, Unreal Tournament 3, StarCraft: Brood War və DOTA All Stars. Adları çəkilən oyunlardan ikisi - Counter-Strike və DOTA komanda oyunlarıdır.

Çempionat çərçivəsində, World Cyber Games-ə (WCG) seçmə oyunları keçiriləcək. Hazırda WCG kompüter oyunları üzrə ən nüfuzlu beynəlxalq turnirdir. 2000-ci ildə təşkil edilən bu çempionat hər il keçirilir. Çempionatın coğrafiyası artıq 80-dən çox ölkəni əhatə edir, WCG-nin milli çempionatlardakı seçmə oyunlarında milyonlarla idmançı iştirak edir. WCG-in Qrand-Finalı isə, dünya üzrə müxtəlif şəhərlərdə keçirilir(Sietl, Sinqapur, Montsa və digərləri).

Bu il WCG-in Qrand Finalı noyabrda Kölndə keçiriləcək və bu finalda iştirak üçün Azərbaycana artıq dörd oyun üzrə kvota ayrılıb - Counter-Strike, FIFA, Need for Speed və WarCraft. Bu kvotanı Azerbaijan Preliminary 2008 milli seçmə oyunlarının qalibləri əldə edəcəklər. İştirakçıların ümumi sayının 200 nəfərdən çox olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti