...

Rabitə Nazirliyi "Elektron Naxçıvan" konfransı keçirəcək

Telekommunikasiya Materials 4 İyun 2008 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi iyunun sonunda Naxçıvan Muxtar Respublikasında "Elektron Naxçıvan" elmi-təcrübi konfrans keçirəcək. Bu barədə nazirlikdən məlumat veriblər.

"Dördüncü illik konfransın keçirilməsi tarixi dəqiq müəyyən edilməyib. Lakin o, iyunun 15-dən 25-dək dövrə planlaşdırılıb. Bu gün təşkilati işlər aparılır", - nazirlikdən bildiriblər.

Konfransın keçirilməsinin əsas məqsədi NMR-də informasiya-kommunikasiya texnologiyalarının inkişafı və onların respublika fəaliyyətinin müxtəlif sahələrində tətbiqi, NMR-də informasiya cəmiyyətinin inkişafına dair məsələlərin müzakirəsidir.

Ötən il iyunun 22-23-də keçirilmiş "Elektron Naxçıvan 3 - informasiya cəmiyyəi: reallıq və perspektiv" konfransında Rabitə Nazirliyinin rəhbəri Əli Abbasov, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, NMR Ali Məclisinin sədri Vasif Talıbov, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycanın Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, NATO-nun Cənubi Qafqaz üzrə məsləhtçisi, BMT-nin İnkişaf Proqramının eksperti Yaçek Qajevski və başqalarıiştirak ediblər.

Konfrans çərçivəsində Novosibirsk Dövlət Universiteti və İsçveçin İnformasiya Texnologiyaları İnstitutu arasında videokonfrans rabitəsi yaradılıb.

Xəbər lenti

Xəbər lenti