...

İKT-nin inkişafı üzrə Azərbaycanın İnsan Resursları Fondu xaricdə təhsil almaq üçün müsabiqə elan edib

Telekommunikasiya Materials 19 Sentyabr 2008 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr/ Trend , müxbir S.Babayeva/ İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı üzrə Azərbaycan İnsan Resursları Fondu xarici universitetlərdə İKT üzrə (bakalavr və magistr dərəcəsinin alınması) təhsil almaq üçün müsabiqə elan edib. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları nazirliyindən verilən məlumata görə, namizədlər Azərbaycan vətəndaşı olmalı və ingiliscə sərbəst  danışmağı bacarmalıdırlar.

Müsabiqədə ali məktəblərə qəbulda 550 - dən yüksək bal toplamış tələbələr də iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün CV-ni  2008-ci il sentyabrın 30-dan gec olmayaraq, [email protected] ünvanına göndərmək lazımdır.

İKT-nin inkişafı üzrə Azərbaycan İnsan Resursları Fondunun tərkibinə ölkənin 11 İT şirkəti, o cümlədən Azercell Telecom, Bakcell, AzEuroTel, Caspian American Telecommunication, Delta Telecom , Azerfon, Azel, Sinam, R.İ.S.K, Ultra, Microsoft Azerbaijan və Azərbaycanın Gənclər Təşkilatlarının Milli Şurası daxildir. Fondun sədri Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovdur.

Fond tələbələrə xaricdə təhsil almalarına maddi yardım göstərilməsi məqsədilə yaradılıb. Maddi yardımın mənbələrinin həm özəl şirkətlər, həm də Rabitə Nazirliyi olacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti