...

Azərbaycan və Ukrayna birgə silsilə marka buraxıblar

Telekommunikasiya Materials 22 Sentyabr 2008 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend , müxbir S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Naziliyinin Azərmarka şirkəti Ukraynanın müvafiq təşkialtı ilə birlikdə iki ölkənin poçt dövriyyəsinə buraxılan silsilə marka buraxıb.

Rabitə Nazirliyindən verilən məlumata görə, silsilə iki markadan ibarətdir. Markaların birində Azərbaycanın qədim"Boğazaltı"bəzək əşyası, ikincisində Ukraynanın qədim "Kolt" bəzək əşyası göstərilib.

Azərbaycanda sentyabrın 18-də poçt dövriyyəsinə buraxılmış markalar Azərbaycan dilində yazılıb. Ukraynada dövriyyəyə buraxılmış markalarda həmin bəzək əşyaları göstərilib, yazılar Ukrayna dilində yazılıb.  

Markalar silsiləsi hər biri 20 min ədəddən ibarətdir.

"Azərbaycan və Ukraynanın birgə marka buraxması Azərbaycan tarixi və mədəniyyətinin xaricdə təbliğinə xidmət edir", - nazirlikdə hesab edirlər.

Xəbər lenti

Xəbər lenti