...

Azercell beynəlxalq MMS - rouminqin yeni servislərini təqdim edib

Telekommunikasiya Materials 9 Oktyabr 2008 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom Yəmən Respublikasının Spacetel və  Qətərin Q -Tel mobil rabitə şirkətləri ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib

їAbonentlərinə məsafə fərqini hiss etdirməmək üçün Azercell Telekom 2007- ci ilin aprelində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq MMS rouminq xidmətini istifadəyə veribї, - şirkətin məlumatında bildirilir.

Azercell Telekom 32 mobil şəbəkə operatoru ilə 29 ölkədə MMS xidmətinə qoşulub.

Operator indiyədək 63 ölkənin 130 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb.

Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyədək istifadədə olan GPRS/MMS  rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonentin yalnız digər Azercell abonentləri ilə MMS mübadiləsi  aparmaq və GPRS - dən istifadə etmək imkanı vardı. Adıçəkilən xidmət isə, Azercell abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti