...

Azercell BakuTe l- 2008 sərgisində yeniliklərini təqdim edəcək

Telekommunikasiya Materials 10 Noyabr 2008 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /TrendCap / BakuTel - 2008 XIV Beynəlxalq Telekommunikasiyalar və İnformasiya Texnologiyaları sərgisində Azərbaycan mobil rabitə operatoru Azercell Telekom MMC iki stenddə təqdim ediləcək. Onların vasitəsilə şirkətin bazara təqdim etdiyi ən son texnologiya yenilikləri və bu texnologiyaların təqdim etdiyi unikal sevislərlə əyani surətdə tanış olmaq mümkündür.

Şirkətin məlumatında bildirilir ki, Azercell-in əsas stendinin əsas fəlsəfəsi şirkətin yeni Korporativ Brendi - "Bizi Birləşdirən Dəyər" və ən son texnologiyaların təqdimatından ibarətdir. Bu stend özündə yeni məna konfiqurasiyası daşıyır. Burada əsas vurğu Azercell-in cəmiyyətimizi birləşdirən dəyər olması və şirkətin dünyadakı ən son texnologiyaları Azərbaycana gətirmək ənənəsi ilə bağlıdır.

Korporativ müştərilər üçün nəzərdə tutulan ikinci stenddə isə, korporativ seqment üçün təqdim etdiyi xidmətlər barədə məlumatlar veriləcək. Azercell-də işə düzəlmək istəyənlər sərgi zamanı şirkətin İnsan Qaynaqları şöbəsinin əməkdaşları ilə görüşərək, onlara öz CV-lərini təqdim etmək imkanı əldə edəcəklər. Lakin bu il keçiriləcək "BakuTel"-in əvvəlki sərgilərdən ən böyük fərqi Azercell-in keçirəcəyi oyun olacaq. Belə ki, sərgi ziyarətçiləri 10 ədəd "Swatch" saatı, 20 ədəd "Sony Ericsson W 880I" mobil telefonu və 50 ədəd "Apple Ipod Nano" qazanmaq şansı əldə edəcəklər.

Azərbaycanın ən iri mobil rabitə operatoru Azercell Telekom Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin daimi iştirakçısıdır. Azercell indiyədək "BakuTel" sərgisində MMS və Simurq xidməti, EDGE və digər texnologiyalarını nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti