Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Konfransının (FAO) Romada keçirilmiş 35 - ci xüsusi sessiyasında iştirak edib, - Kənd Təsərrüfatı Nazirliyindən bazar ertəsi bildiriblər.
"Azərbaycan FAO - nun görüşlərində fəal iştirak edir", - nazirlikdən bildiriblər.
Abbasov məruzə və daha səmərəli nəticələr üçün, FAO - nun regional bölmələrində layihələrin realizə mexanizmlərinin təkmilləşdirilməsi haqqında təkliflə çıxış edib.
Azərbaycan 1995 - ci ildən FAO - nun üzvüdür.
Konfransın yekunları üzrə FAO - ya üzv dövlətlər dəyəri 42,6 mln. ABŞ dolları olan üçillik "Təcili Fəaliyyət Planı"nı təqdir eiblər. Plana əsasən, maliyyələşdirmə məbləğinin təxminən yarısı - 21,8 mln. ABŞ dolları gələn il idarəetmə strukturunun möhkəmləndirilməsinə, müasirləşdirilmiş rəhbərlik sayəsində fəaliyyət nəticələrinin təkmilləşdirilməsinə, diqqətin əsas məqsəd və vəzifələrdə cəmləşdirilməsində təşkilata yardım üçün ayrılacaq.
Plan "etibarlı bünövrədir. FAO bu bünövrə əsasında özünün dünyadakı rolunu, üzv dövlətlərin xidmətində fəaliyyətinin səmərəliliyini xeyli möhkəmləndirə bilər", - konfransın qətnaməsində bildirilir.
Plan aclığın və yoxsulluğun miqyasının azaldılması, ərzaq böhranı, iqlimin dəyişməsi, bioenerji və cari maliyyə böhranının kənd təsərrüfatına təsiri kimi əsas problemlərin həllində FAO - ya kömək edəcək.
Yaxın üç ildə 120 direktor vəzifəsinin üçdə biri ixtisara məruz qalacaq ki, bu da texniki yardım proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək 17,4 mln. ABŞ dollarına qənaət etməyə imkan verəcək. 2011 - ci ilədək 42,6 mln. ABŞ dolları vəsaitin böyük hissəsi sistem və proqramların təkmilləşdirilməsinə, təşkilatın restrukturlaşdırılması və iş mədəniyyətinin dəyişdirilməsinə sərf olunacaq.