...

Azərbaycanın teleradiokanalları Ermənistan məkanına daxil olursa, bu həmin ölkənin parametrlərə riayət etməməsi səbəbindən baş verir – nazir

Telekommunikasiya Materials 21 Yanvar 2009 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir S.Babayeva/ Azərbaycanın teleradiokanalları Ermənistanın efir məkanına daxil olursa, bu həmin ölkənin özündə teleradioyayımın texniki parametrlərinə riayət olunmaması səbəbindən baş verir, - Ermənistanın Rabitə və Nəqliyyat Nazirliyinin Azərbaycanın teleradiokanallarının onun efir məkanına daxil olması barədə Beynəlxalq Elektrorabitə İttifaqına (İTU) şikayət verməsini şərh edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

"Bu gün Azərbaycan öz qonşuları ilə teleradioyayımı İTU-nun protokollarına əsasən həyata keçirir", - Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, prezidentin ehtiyat fondundan 13 güclü ötürücünün quraşdırılması ilə sərhədyanı rayonlarda teleradioyayımın gücləndirilməsi üçün vəsait ayrılıb.

"Ola bilsin bu gücləndirmə nəticəsində bizim [Azərbaycanın] kanallar onların [Ermənistanın] kanallarını ötürlər. Lakin bu, artıq onların yayım texnikasına əməl etməməsindən asılıdır. Bu, Azərbaycanın müdaxiləsini deyil, Ermənistanın yayımın texniki tələblərinə əməl etməməsini göstərir", - nazir bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti