...

"Azercell Telecom" Aruba ilə ilk rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 30 Aprel 2009 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend /

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" MMC Arubanın "Mossel (Digicel) Ltd" operatoru ilə birgə beynəlxalq rouminq xidmətini abunəçilərin istifadəsinə verib. Şirkətin məlumatına görə, bu Aruba ilə ilk rouminq sazişidir.

Aruba -  Karib dənizində, Kiçik Antil adaları birliyində, Venesuelaya yaxın, Hollandiyaya bağlı bir adadır. Sahəsi 193 kv. km, əhalisinin sayı 105 min nəfərdir. Paytaxtı Oranestad şəhəridir.

"Azercell Telecom" dünyanın 149 ölkəsindən olan rabitə operatoru ilə 377 rouminq müqaviləsi bağlayıb.

Xəbər lenti

Xəbər lenti