...

Azərbaycanın mobil rabitə bazarı 3G-nin tətbiqinə hazırdır - TeliaSonera-nın prezidenti

Telekommunikasiya Materials 14 May 2009 12:25 (UTC +04:00)
Azərbaycanın mobil rabitə bazarı 3G-nin tətbiqinə hazırdır - TeliaSonera-nın prezidenti

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir S.Babayeva /

"Azərbaycanın mobil rabitə bazarı TeliaSonera-nın gətirmək istədiyi üçüncü nəsil rabitə xidməti - 3G-nin tətbiqinə hazırdır", - hazırda Bakıda səfərdə olan, şirkətin prezidenti və baş icraçı direktoru Lars Niberq deyib.

TeliaSonera Fintur Holdings BV vasitəsilə Azərbaycanın mobil operatoru Azercell Teleсom-un səhmdarıdır, çünki Fintur-un səhmlərinin 58,55 faizi TeliaSonera-ya məxsusdur.

"Bazar buna hazırdır. Sadəcə lisenziya qalıb. Bir çox tərəqi etmiş bazarlarda biz artıq 4G-ni tətbiq edirik. Mən düşünürəm ki, Avrasiya ölkələri, eyni zamanda Azərbaycanda 3G-nin tətbiqi vacibdir", - Niberq deyib.

Bir müddət əvvəl Azercell Telecom şirkətinin prezidenti Əli Ağanın dediyinə görə, operator artıq bir ildən çoxdur ki, 3G-nin tətbiqinə texniki cəhətdən hazırdır. 

"Biz 3G-ni tətbiq etməyə hazırıq. Ancaq biz Azərbaycan Rabitə Nazirliyi və İnformasiya Texnologiyaları tərəfindən tezlik ayrılmasını gözləyirik. Onlar bunu edən kimi iki həftə içərisində sistemi işə salacayıq", - Ağan deyib.

Ötən ilin noyabrında Baku Tel-2008 sərgisində Azercell 3G xidmətinin nümayişini ölkə Prezidenti İlham Əliyevə təqdim edib.

3,5 milyon abunəçisi olan Azercell Telecom bir neçə il əvvəl Azərbaycanda 3G xidmətlərinin tətbiqi üçün lisenziya alınmasına maraq göstərib və bunun üçün RN-ə müraciət edib.

Azərbaycanda bu xidmətlərin göstərilməsi hüququna digər operator artıq yiyələnib.

Azerfon (Nar Mobile ticarət nişanı) 3G xidmətini abunəçiləri istifadəsinə artıq 2009-cu ilin birinci yarısında verməyi planlaşdırır.

3G standartı Beynəlxalq elektron rabitə ittifaqı tərəfindən hazırlanıb və IMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - "üçüncü nəsil" xidmətlər toplusudur. O, İnternet şəbəkəsinin xidmətlərinə yüksəksürətli mobil çıxış, həmçinin məlumatların ötürülməsi kanalını yaradan radiorabitə texnologiyasını özündə birləşdirir. Üçüncü nəsil 3G şəbəkəsi təxminən 2 HGz tezlik diapazonunda işləyir və məlumatları 2 Мbit/s sürətilə ötürür. Onlar videotelefon rabitəsi qurmağa, mobil telefonda film və televiziya proqramlarını və s. izləmək imkanı verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti