...

Azərbaycan nanotexnologiyalar üzrə forumda iştirak edəcək

Telekommunikasiya Materials 25 İyun 2009 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir Q.Vəliyev /

İyulun 1-2-də Dubnada (Rusiya) "MDB ölkələrinin Nanotexnologiyalarının Beynəlxalq İnnovasiya Mərkəzinin yaradılması (MDB NBİM)" təşkilati-informasiya forumu keçiriləcək.

Forumun işində iştirak edəcək Azərbaycan nümayəndə heyətinə Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Yüksək enerjilərin fizikası laboratoriyasının rəhbəri Hövsət Abdinov başçılıq edəcək.

Abdinovun sözlərinə görə, forumun əsas məqsədi MDB NBİM-in yaradılması konsepsiyasının və inkişafının təqdimatı və onun işitrakçıları üçün onun real imkanlarının və üstünlüklərinin nümayiş etdirilməsidir.

Forumun işində 100-ə yaxın nazirlik, milli elmlər akademiyalarının, ticarət-sənaye palatalarının, böyük elm və təhsil mərkəzlərinin, MDB ölkələrinin yüksək texnologiya sahələrində aparıcı dövlət və özəl korporasiyaların nümayəndələri iştirak edəcək.

Forumun proqramında "MDB ölkələrində nanotexnologiyalar və innovasiyalar", "dəyirmi masa", "Dubnada beynəlxalq innovasiya nanomərkəzinin optimal modelinin seçimi" mövzularında diskussiyalar, nüvə tədqiqatları üzrə Birləşmiş İnstitutun laboratoriyaları, xüsusi iqtisadi zonanın obyektləri ilə tanışlıq nəzərdə tutulub. Həmçinin forumda bundan sonrakı, MDB NBİM-in dekabrdakı təsisat forumunun keçirilməsi ilə başa çatacaq çalışmalar üzrə tövsiyələr qəbul ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti