...

İnformasiya problemləri üzrə araşdırma mərkəzi Azərbaycanın internet bazarında monitorinq hazırlayır

Telekommunikasiya Materials 8 İyul 2009 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Q.Vəliyev / 

İnformasiya problemləri üzrə araşdırma mərkəzi internet sahəsində qiymət siyasətinin monitorinqini hazırlayır. Bu barədə Trend -a mərkəzin rəhbəri Yaşar Hacıyev bildirib.

Layihənin sifarişçisi qismində Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) çıxış edir. Hacıyevin sözlərinə əsasən, hazırda internet sahəsində qiymət siyasəti Azərbaycanda internet texnologiyalarının inkişafının zəif hissəsidir. Hazırda RİTN və digər strukturlar internet tariflərinin ümumavropa qiymətlərinədək azalması istiqamətində işlər həyata keçirir. Hazırda bu istiqamətdə rabitə operatorları, aparıcı provayderlər və digər internet xidmətlərinin tədarükçüləri arasında bir sıra məsələlər razılaşdırılmaqdadır.

Hacıyevin fikrincə, internetdən istifadə üzrə yüksək qiymətlər bir tərəfdən istifadəçilərin say artımının dayanmasına, digər tərəfdən isə keyfiyyətli internet xidmətlərinin təqdim edilməsinə, həmçinin elektron ticarət, elektron bankinq və digər istiqamətlərin inkişafına səbəb olur.

Monitorinqinlərin mahiyyəti MDB və Şərqi Avropa ölkələrinin qiymət siyasətinin müqayisəli təhlilinin aparılmasından ibarətdir.

Monitorinqlər üzrə işlər sentyabrda başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti