...

Azərbaycanın mobil operatoru "Azerfon" və "Vodafone" şirkəti strateji tərəfdaşlıq üzrə müqavilə imzalayıblar

Telekommunikasiya Materials 22 İyul 2009 15:44 (UTC +04:00)
Hazırda mobil operator "Azerfon" MMC (Nar Mobile ticarət nişanlı) və "Vodafone" şirkəti istehlakçılara yüksək keyfiyyətli rabitə xidmətləri və texnoloji işlər sahəsində birgə əməkdaşlığa yönəlmiş eksklüziv strateji qeyri-aksioner tərəfdaşlıq üzrə müqavilə imzalayıblar.
Azərbaycanın mobil operatoru "Azerfon" və "Vodafone" şirkəti strateji tərəfdaşlıq üzrə müqavilə imzalayıblar

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir H.Vəliyev /

Hazırda mobil operator "Azerfon" MMC (Nar Mobile ticarət nişanlı) və "Vodafone" şirkəti istehlakçılara yüksək keyfiyyətli rabitə xidmətləri və texnoloji işlər sahəsində birgə əməkdaşlığa yönəlmiş eksklüziv strateji qeyri-aksioner tərəfdaşlıq üzrə müqavilə imzalayıblar. 

"Vodafone" ilə əməkdaşlıq "Azerfon"-a Azərbaycanda bu şirkətin təqdim etdiyi məhsullar, xidmətlər və abunə avadanlıqları portfelinə girişə imkan yaradacaq. Bu həmçinin "Vodafone"-un toplanmış təcrübəsindən qlobal alış proqramları, korporativ müştərilərin cəlb olunması və xidmət göstərilməsi, şəbəkələrin texnoloji qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsi sahələrində istifadə etmək imkanını nəzərdə tutur.

"Vodafone" məhsullarının "Azerfon"-un hazırkı istifadəçiləri və Azərbaycanın potensial müştəriləri üçün əldə olunması mümkündür. Hazırda Azərbaycanda üçüncü nəsil - 3G şəbəkəsini hazırlayan "Azerfon" şirkəti texnologiya avadanlıqları ilə bağlı dünyanın aparıcı tədarükçülərinin cəlb olunması yolu ilə genişzolaqlı mobil çıxış üzrə həllərin inkişafı və yüksək sürətli mobil şəbəkənin tətbiqi üçün "Vodafone" ekspertizasından istifadə edə bilər.

"Azerfon" ilə tərəfdaşlıq "Vodafone" şirkətinə öz istehlakçılarına Azərbaycan ərazisində "ev" şəbəkəsi servislərinin istifadə imkanlarını genişləndirməyə kömək edən bir sıra xidmətlər təklif etməyə imkan verir.

Hər iki şirkət regiondakı "Vodafone" şirkətinin qlobal korporativ müştəriləri üçün yüksək keyfiyyətli xidmətlərin təqdim olunmasında sıx əməkdaşlıq edir. "Vodafone" məhsulları və xidmətləri ko-brendinq prinsipi üzrə iki şirkətin ticarət nişanı altında irəliləyəcək. Mərhələli prosesin bir hissəsi kimi "Vodafone" "Azerfon" istifadəçilərini təkmilləşdirilmiş "Vodafone"-un təqdim olunduğu 67 ölkədə səs və rouminq xidmətləri ilə təmin edəcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti