...

"Azerfon" mobil rabitə operatoru CBOSS NRTRDE sistemini tətbiq edib

Telekommunikasiya Materials 22 İyul 2009 20:07 (UTC +04:00)
"Azerfon" mobil rabitə operatoru CBOSS NRTRDE sistemini tətbiq edib. Bu barədə çərşənbə günü Trend Capital-a "Azerfon"-un texniki direktoru Dmitri Fosti deyib.

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir H.Vəliyev /

"Azerfon" mobil rabitə operatoru CBOSS NRTRDE sistemini tətbiq edib. Bu barədə çərşənbə günü Trend -a "Azerfon"-un texniki direktoru Dmitri Fosti deyib.

CBOSS NRTRDE layihəsi CBOSS şirkəti tərəfindən hazırlanıb və NRTRDE-nin (Near Real Time Roaming Data Exchange) texnologiyalarının istifadəsi ilə qurulub. Texnologiya rouminq zamanı mobil şəbəkədə fırıldaqçılıqla mübarizə üçün yaradılıb.

Fostinin qeyd etdiyi kimi, rouminq şəbəkələrində fırıldaqçılıq hadisəsi dünyada kifayət qədər yayılıb və "Azerfon" hələ bu cür fırıldaqçılıqla qarşılaşmayıb.

GSM Operatorları Asossasiyası (GSMA) 2007-ci ilin avqustunda tərkibinə daxil olan operatorlara tövsiyə etmişdi ki, 2008-ci il oktyabrın 1-dək köhnəlmiş HUR (High Usage Report) sisteminin yerinə NRTRDE sistemini tətbiq etsinlər. Keçən ilin əvvəlində bu yeni formatın qurulması rabitə şirkətlərinə təxminən bir milyon dollara başa gəlib.

GSMA tərəfindən hazırlanmış NRTRDE sistemi rouminqdə abonentlərin fəallığı ilə bağlı ötürülmüş informasiyanın  sürətləndirilməsinə yönəldilib. GSMA-nın məlumatına görə, əgər əvvəllər rouminq zəngləri barədə informasiya mübadiləsi 36 saat ərzində olurdusa, yeni sistem bu vaxtın dörd saat və daha az vaxta qədər qısalmasına imkan verib. GSMA-ya tövsiyə olunan rouminq məlumatlarının dövriliyi 5 dəqiqədən 15 dəqiqəyədək təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti