...

Bakıda şəbəkə həlli üzrə ZyXEL seminarı keçirilib

Telekommunikasiya Materials 25 İyul 2009 16:46 (UTC +04:00)
Bakıda ZyXEL şirkəti “ZyXEL şəbəkə həlli” mövzusunda aeminar keçirib. Bu barədə Trend Capital-a Azlanit şirkətinin marketinq bölməsinin müdiri Emil Yeroxin məlumat verib.

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir H. Vəliyev/

Bakıda ZyXEL şirkəti "ZyXEL şəbəkə həlli" mövzusunda aeminar keçirib. Bu barədə Trend -a Azlanit şirkətinin marketinq bölməsinin müdiri Emil Yeroxin məlumat verib.

Seminar ZyXEL şirkətinin mərkəzi Asiya və Zaqafqaziya ölkələrindəki nümayəndəliyi tərəfindən təşkil olunub.

Seminarın işində dilerlər, inteqratorlar, korporativ müştərilər, iri müəssisə və təşkilatlar, İnternet-provayderlərin, bankların mütəxəssisləri və başqaları iştirak ediblər.

ZyXEL nümayəndələri telekomunikasiya avadanlıqlarının texniki aspektlərini nümayiş etdiriblər, əməkdaşlıq, eləcə də  toxunublar, eləcə də şirkətin avadanlıqlarının üstünlükləri, onların rentabelliyi və iqtisadi əlverişliliyi məsələlərinə toxunublar. 

Seminarda iştirak edən ZyXEL-in layihələr və məhsullar üzrə meneceri Ruslan Səksənbayev məlumatların ötürülməsi şəbəkəsi üçün ZyXEL həllinin təkamülü, ZyXEL bazasında həllin tətbiqi təcrübəsi, eləcə də multimediya (VoIP, Triple Play), operator və abonent həlləri (ADSL, SHDSL,VDSL, IP DSLAM) barədə məlumat verib. O həmçinin şirkətin simsiz həlləri (WiFi и WiMAX və s.) üzrə geniş təqdimat keçirib.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti