...

Azərbaycanda İnternetə genişxəttli giriş istifadəçilərinin sayı ilin əvvəlindən təxminən 60% artıb

Telekommunikasiya Materials 28 İyul 2009 15:23 (UTC +04:00)
Azərbaycanda İnternetə genişxətli giriş istifadəçilərinin sayı ilin əvvəlindən 57,5 faiz artıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, hazırda genişxətli giriş xidmətləri respublikanın 46 rayon və şəhərlərində təqdim edilir.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir H. Vəliyev /

Azərbaycanda İnternetə genişxətli giriş istifadəçilərinin sayı ilin əvvəlindən 57,5 faiz artıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, hazırda genişxətli giriş xidmətləri respublikanın 46 rayon və şəhərlərində təqdim edilir. 

Ölkədə giriş trafikinin həcmi 2009-cu ilin ilk yarımilində keçən ilin müvafiq dövrü ilə müqayisədə 59,8 milyon dəqiqə artaraq 272 milyon dəqiqə təşkil edib. Çıxış trafikinin həcmi 7,6 milyon dəqiqə artaraq 75,3 milyon dəqiqə təşkil edib.

Nazirliyin məlmatına əsasən, hazırda hər 100 nəfərin 37 nəfəri internet-istifadəçisidir. Hər 100 nəfərə isə 8 personal kompüter düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti