...

AZAL aviabiletlərin 50 faizini elektron formada satır

Telekommunikasiya Materials 29 İyul 2009 17:06 (UTC +04:00)
AZAL-dan bildirildiyi kimi, Azərbaycanda aviabiletlərin elektron qeydiyyatdan keçmə sistemi, sözügedən sistemin fəaliyyət göstərmədiyi azsaylı ölkələrdən savayı, yaxın və uzaq xarici ölkələrə uçan sərnişinlərə təqdim olunur.

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir H.Vəliyev /

AZAL QSC-nin ("Azərbaycan Hava yolları") aviabiletlərinin yarısı elektron formada satılır. Bu barədə Trend a QSC-dən bildirilib.

AZAL-dan bildirildiyi kimi, Azərbaycanda aviabiletlərin elektron qeydiyyatdan keçmə sistemi, sözügedən sistemin fəaliyyət göstərmədiyi azsaylı ölkələrdən savayı, yaxın və uzaq xarici ölkələrə uçan sərnişinlərə təqdim olunur. İlk dəfə aviabiletlərin elektron qeydiyyatdan keçmə sistemi AZAL-ın Böyük Britaniya nümayəndəliyində tətbiq edilib.

AZAL-ın məlumatlarına əsasən, hazırda aviabiletlərin 50 faizi elektron şəkildə buraxılır ki, şirkət gələcəkdə bu göstəricini artırmaq niyyətindədir.

Elektron aviabiletlərin üstünlüklərindən biri ondan ibarətdir ki, sərnişin haqqında məlumatlar aviaşitkətin məlumat bazasında elektron şəkildə saxlanılır, bu isə itki amilini istisna edir.

Elektron biletlər aviaşirkətin terminallarında əl yükünün qeydiyyatdan keçməsinə imkan verir. Bundan əlavə elektron avibiletləri alan sərnişinlər istənilən vaxt (uçuşa iki saat gec olmadan) istənilən yerdə intenet vasitəsilə qeydiyyatdan keçə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti