...

Azerfon MMC şəbəkə dairəsini genişləndirir

Telekommunikasiya Materials 30 İyul 2009 11:44 (UTC +04:00)
Azerfon MMC şəbəkə dairəsini genişləndirir

Azərbaycan, Bakı, 30 iyul / Trend /

Azerfon MMC ölkənin müxtəlif regionlarında daha 20 yeni baza stansiyasının quraşdırılması haqqında məlumat verib.  

Yeni stansiyalar Abşeronda (2), Bakı, Şəki şəhərlərində və Qəbələdə (1) quraşdırılıb. Hazırda Azerfon MMC əhalinin 90%-nin yaşadığı ərazini əhatə edir, 1,3 milyon abunəçini yüksək keyfiyyətli rabitə ilə təmin edir.

Abunəçilərinin əlverişli rabitə ilə təmin edilməsi məqsədilə Azerfon MMC gələcəkdə də ölkədə yeni baza stansiyalarını quraşdırmağa davam edəcək.

Xəbər lenti

Xəbər lenti