Azərbaycan, Bakı, 03 avqust / Trend , müxbir H.Vəliyev /
Avqustun 11-13-də Pakistanda Beynəlxalq Asiya konfransı və ITCN Asia-2009 informasiya-kommunikasiya texnologiyaları sərgisi keçiriləcək. Bu barədə Trend -a Azərbaycan Sahibkarlar Konfederasiyasından bildirilib.
Yarandığı andan etibarən Asiya konfransı və hazırda 9-cu dəfə təşkil edilən ITCN Asia (Information Technology Commerce Network Asia) sərgisi yerli əhəmiyyətli tədbirdən böyük regional hadisəyə çevrilib. O, bu gün Cənubi Asiyada Asiya cəmiyyətinin İKT sahəsində təklif etdiyi və dünyanın əsas İT oyunçularını, yerli və xarici investorlarını cəlb edən məşhur informasiya və kommunikasiya texnologiyaları sərgisidir.
ITCN Asia-2009 yeni prorqam məhsulları, şəbəkə avadanlıqları və İKT, simsiz rabitə sahələrində xidmətlər təqdim edəcək. Üç gün ərzində Kəraçidə "Karachi Expo Centre"-dəki sərgi-konfrans beynəlxalq İT sənayesinin əsası olacaq.
Sərgidə ofis avadanlıqları və hesablama texnikası, radio, televiziya və rabitə aparaturası, elmi tədqiqatlar və işlər, telekommunikasiya və şəbəkə avadanlıqları, kompüter avadanlıqları, şəbəkə proqram təchizatı, məişət texnikası, sputnik və radioyayım avadanlıqları, simsiz və mobil rabitə avadanlıqları və s. sərgilənəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]