...

Bakının kabel televiziyası operatoru kanalların sayını artırır

Telekommunikasiya Materials 3 Avqust 2009 16:42 (UTC +04:00)
Şirkətin planlarına əsasən, rəqəmsal formatda yayımlanan televiziya kanallarının sentyabra qədər sayı 69-a çatdırılacaq.

Azərbaycan, Bakı, 03 avqust / Trend , müxbir H.Vəliyev /

Bakının kabel televiziyası operatoru KaTV şirkəti paytaxt ərazisində yayımlanan kanalların sayını artırır. Bu barədə Trend -a şirkətdən bildirilib. Şirkətin planlarına əsasən, rəqəmsal formatda yayımlanan televiziya kanallarının sentyabra qədər sayı 69-a çatdırılacaq. Hazırda rəqəmsal televiziya xidmtələrinin göstərilməsinə keçid üzrə işlər sona çatır. Rəqəmsal televiziyanın müxtəlif paketlərdə təklif olunan kanallarının ümumi sayı ilin sonunadək 130 vahid təşkil edəcək.

Hazırda təklif olunan oxşar televiziya kanallarının sayı 59 vahid təşkil edir.

Bununla yanaşı, şirkət genişzolaqlı İnternet xidmətləri göstərilməsi üzrə işləri həyata keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti