Azərbaycan, Bakı, 06 avqust / Trend /
2009-cu ilin iyulun 20-dən avqustun 16-na kimi Maksimum Gənc istifadəçiləri 10 rəqəmli Maksimum Gənc parolunu təqdim edərək "Amburan" çimərlik klubuna giriş biletində 50% endirim əldə edə bilərlər. (Maksimum Gənc istifadəçiləri üçün giriş biletinin qiyməti iş günləri 5 AZN, istirahət günləri isə 7,50 AZN təşkil edir).
Bütün Maksimum Gənc istifadəçiləri həftənin istənilən günü istənilən vaxt bu kampaniyanın şərtlərindən yararlana bilərlər.
Bundan əlavə, "Amburan" çimərlik klubuna bilet alan bütün Maksimum Gənc istifadəçiləri hər gün skutur sürmək üçün uduşa qoyulan pulsuz yeddi biletdən birini iki nəfər üçün əldə etmək imkanına sahibdir. Bir gün ərzində aksiyanın şərtlərindən bir dəfə yararlanmaq olar.
Maksimum Gənc proqramına qoşulan hər bir abunəçini endirimlər və bonuslar, xüsusilə pulsuz 77 SMS, 77 MMS və 77 kontur gözləyir.
Maksimum Gənc proqramına qoşulmaq üçün Maksimumgenc yazaraq 7777 nömrəsinə göndərmək lazımdır.
Qoşulduqdan sonra balansa pulsuz 77 SMS və 77 MMS yüklənir. Eyni zamanda, abunəçi xüsusi 10 rəqəmli parol əldə əldə edəcək.