...

Daha bir IT şirkəti online satış sisteminə keçib

Telekommunikasiya Materials 8 Avqust 2009 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir Q.Vəliyev /

N-Link şirkəti İnternet-mağazası vasitəsilə alınan malların online ödənişini həyata keçirmək imkanı təqdim edib, bu barədə şirkətin məlumatında deyilir. 

Layihə Azericard prossesinq mərkəzi ilə birgə həyata keçirilib.

Ödəmə sistemi sifarişlərin işlənməsi və elektron vitrin xidmətini bütün standart atributlar ilə mükəmməl mağazaya çevirməyə imkan verib.

Saytda məhsulu seçərək alıcı ödəməni kompyuter vasitəsilə həyata keçirə bilər. Ödəmə Viza, Viza Electron, MasterCard, Maestro plastik kartlar vasitəsilə həyata keçirilir.

Online ödəmənin üstünlüklərinə mobillik, informasiya ötürülməsinin təhlükəsizliyi və istifadənin sadəliyi aiddir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti