...

Azərbaycan IX Moskva Beynəlxalq innovasiya və investisiya sərgisində iştirak edir

Telekommunikasiya Materials 29 Avqust 2009 10:57 (UTC +04:00)
Azərbaycan IX Moskva Beynəlxalq innovasiya və investisiya sərgisində iştirak edir

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir H.Vəliyev /

Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi IX Moskva Beynəlxalq innovasiya və investisiya sərgisinin işində iştirak edir. Bu barədə Trend -a mərkəzdən məlumat verilib.

Mənbənin məlmatına görə, Elmi İnnovasiyalar Mərkəzinin direktoru Fərman Qasımov "Azərbaycanın elm və texnika sahəsində MDB ölkələri ilə əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış edəcək.

Tədbirlərin işgüzar proqramına "İnnovasiya sistemi elementlərinin effektiv qarşılıqlı fəaliyyəti elmə əsaslanan iqtisadiyyatın formalaşmasının həlledici faktorudur" mövzusunda plenar iclas daxildir.

Elmi-texniki forumun işində Rusiyanın 15 regionundan və 16 ölkədən 300-ə yaxın eksponent iştirak edir.

Sərgidə müxtəlif istiqamətlər üzrə (atom və nüvə fizikası, təhlükəsizlik, biotexnologiya, informasiya texnologiyaları, maşınqayırma, səhiyyə, metallurgiya, nanotexnologiyalar, rabitə, nəqliyyat sistemləri və s.) 500-dən çox iş təqdim olunub.

Sərgi öz işini avqustun 29-da başa çatdıracaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti