...

Azercell Telecom multimedia mesajlarının qiymətini azaldıb

Telekommunikasiya Materials 1 Oktyabr 2009 14:48 (UTC +04:00)
Oktyabrın 1-dən dekabrın 31-dək Azercell daxilində göndərilən hər bir MMS-in qiyməti bir standart sms qiyməti ilə eyni olacaq, bu barədə şirkətin məlumatında deyilir.
Azercell Telecom multimedia mesajlarının qiymətini azaldıb

Azərbaycan, Bakı, 01 oktyabr / Trend /

Oktyabrın 1-dən dekabrın 31-dək Azercell daxilində göndərilən hər bir MMS-in qiyməti bir standart sms qiyməti ilə eyni olacaq, bu barədə şirkətin məlumatında deyilir.

Göstərilən dövr ərzində multimedia mesajlarının qiyməti Azercell Fakturalı Xətt abonentləri üçün - 0,05 AZN (ƏDV xaric); SimSim abonentləri üçün - Açıq Xətt və Bizdən Bizə tarif paketlərində - 11 kontur, GəncSim tarif paketində - 8 konturdur.

Azercell Telecom Azərbaycanın böyük GSM operatorudur və 3,7 milyon abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti