...

LTE ilin sonunadək mobil rabitə bazarına çıxarılacaq

Telekommunikasiya Materials 14 Oktyabr 2009 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir H.Vəliyev/

İlin sonunadək Azərbaycanın mobil rabitə bazarında LTE şəbəkəsi açılacaq, Azercell Telecom-un prezidenti Əli Agan jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, LTE texnologiyası dünyada sınaq mərhələsindədir. Texnologiya TeliaSonera şirkəti tərəfindən uğurla sınaqdan keçirilib. Ağanın sözlərinə bgörə, bu texnologiya yaxın iki ay ərzində Azərbaycanın telekommunikasiya bazarında təqdim ediləcək.

Hazırda Azercell Telekom 3G texnologiyasının tətbiqinə texniki cəhətdən hazırdır, lisenziyalaşdırma prosedurundan sonra çəbəkə gecikdirilmədən istismara veriləcək.

Hazırda şirkət tərəfindən bu istiqamətdə danışıqlar aparılıb və müvafiq işlər görülüb. Azercell Telekom-un başçısının sözlərinə görə, ilin sonunadək Azərbaycanda 3G texnologiyasının tətbiqi gözlənilir.

3G texnologiyasının tətbiqi təkcə Bakı və Abşeron yarımadasında deyil, həmçinin respublikanın digər iri şəhərlərində də mümkün olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti