...

Azərbaycanda rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

Telekommunikasiya Materials 19 Oktyabr 2009 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir H.Vəliyev/

Yanvar-sentyabr aylarında təşkilatlara və əhaliyə göstərilən telekommunikasiya və poçt xidmətlərinin həcmi 731,8 milyon manat təşkil edib. Bu göstərici ötən ilin analoji göstəricisi ilə müqayisədə 10,4 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ümumi həcmin 78,6 faizi və ya 575 milyon manat əhaliyə göstərilən xidmətin payına düşür.

Bununla belə, əldə olunan gəlirin 71,8 faizi ötən ilin analoji dövrü ilə müqayisədə 9,9 faiz artan mobil rabitə xidmətlərinin payına düşür.

Quba-Xaçmaz iqtisadi rayonunda rabitə xidmətlərinin artımı 3,4 faiz, Dağlıq Şirvan ərazisində 2,2 faiz, Şəki-Zaqatala 1 faiz, Aran rayonlarında 1,7 faiz, Lənkəran iqtisadi rayonunda 0,9 faiz, Abşeronda 11,8 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti