...

Azərbaycana daxil olan trafiklərin həcmi artıb

Telekommunikasiya Materials 20 Oktyabr 2009 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 okttabr / Trend , müxbir Q.Vəliyev/

Bu ilin doqquz ayı ərzində Azərbaycana daxil olan beynəlxalq zənglər üzrə telefon danışıqlarının trafiki 2008-ci ilin analoji dövrü ilə müqayisədə 84.1 milyon dəqiqə artaraq, 428 milyon dəqiqə təşkil edib, - Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən deyilib.

Nazirliyin verdiyi məlumata görə, bu dövr ərzində ölkədən xaricə olan zənglərin trafiki 7.2 milyon dəqiqə artaraq 117.2 milyon dəqiqə təşkil edib.

İlin əvvəlindən internetdən istifadə edənlərin sayı 1.5 dəfə artıb. Geniş zolaqlı internet respublikanın 50 rayon və şəhərlərində istifadəyə verilib.

RİTN-nin məlumatına əsasən, bu gün hər 100 nəfərin 37-si internet istifadəçisi və hər 100 nəfər səkkiz şəxsi kompyuter düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti