...

Azərbaycanda "İntellektual mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə" haqqında qanun qəbul olunacaq

Telekommunikasiya Materials 8 Dekabr 2009 11:33 (UTC +04:00)
Müəllif Hüquqları Agentliyi "İntellektual mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə" haqqında qanun layihəsi hazırlayıb. Bu barədə bazar ertəsi "Müəllif hüquqları və rəqəmsal şəbəkə: piratlığa və bununla əlaqədar problemlərə qarşı mübarizə" seminarı zamanı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.
Azərbaycanda "İntellektual mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə" haqqında qanun qəbul olunacaq

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Müəllif Hüquqları Agentliyi "İntellektual mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə" haqqında qanun layihəsi hazırlayıb. Bu barədə bazar ertəsi "Müəllif hüquqları və rəqəmsal şəbəkə: piratlığa və bununla əlaqədar problemlərə qarşı mübarizə" seminarı zamanı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.

"Qanun layihəsinin işlənib hazırlanması artıq bütünlüklə başa çatıb və baxılması üçün müvafiq dövlət orqanlarına göndərilib ", - İmanov deyib.

Onun sözlərinə görə, qanun layihəsi bütün razılaşmalardan keçib və yaxın vaxtlarda baxılması üçün ölkənin Nazirlər Kabinetinə göndəriləcək.

Agentlik sədri deyib ki, qanunun qəbul olunması Azərbaycanın piratlıq səviyyəsinin aşağı salınması və intellektual mülkiyyətin müdafiəsi üzrə gördüyü tədbirlərdən biridir.

Məqalə müəllifi ilə əlqaə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti