...

Yeni Azerfon-Vodafone brendi Azərbaycanda 3G-nin kommersiya buraxılışını elan edib

Telekommunikasiya Materials 16 Dekabr 2009 16:52 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" "Vodafone" şirkəti ilə birgə yeni brend yaradıb və üçüncü nəsil şəbəkənin (3G) kommersiya istismarına verilməsini elan edib.
Yeni Azerfon-Vodafone brendi Azərbaycanda 3G-nin kommersiya buraxılışını elan edib

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir H. Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" "Vodafone" şirkəti ilə birgə yeni brend yaradıb və üçüncü nəsil şəbəkənin (3G) kommersiya istismarına verilməsini elan edib.

Azerfon-Vodafone brendi altında təklif edilən xidmətlər yeni nömrə prefiksi - 077 ilə təqdim olunacaq.

Azerfon-Vodafon istifadəçiləri 3G xidmətlərinə və yeni kod vasitəsilə yeni məhsullara çıxış, həmçinin xüsusi nömrələri seçmək imkanı əldə edəcəklər.

Saniyədə 384 kilobit məlumat ötürmə sürəti olan 3G texnologiyalarının əsas standartlarından fərqli olaraq, inkişaf etdirilən şəbəkə Azerfon-Vodafone istifadəçilərinə saniyədə 3,6 meqabit məlumat ötürmə sürətindən istifadə etməyə imkan verir.

İlkin mərhələdə xidmətlər Azərbaycanın iri şəhərlərində - Bakı, Sumqayıt, Gəncə, Şirvan, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz, Şəmkir və Abşeron yarımadasında təklif olunacaq. Gələcəkdə bu xidmətlər başqa şəhərlərdə də işə salınacaq.

Eksklüziv əsasda Azerfon-Vodafone-la əlaqədar "Vodafone" şirkəti bir sıra qərarlarını təqdim edəcək. Onlar arasında elektrik poçta daxilolma, həmçinin Vodafone brendi altında qoşulmaq üçün (USB - bu rabitə standartını dəstəkləyən modem və smartfonlar) məhsullar var.

Azerfon-un abunəçi bazası 1,5 milyon istifadəçidən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti