...

Azərbaycanın Rabitə Nazirliyi RRB iştirakçısı olan ölkələrdə informasiya cəmiyyətinin qurulması məsələsinin müzakirəsində iştirak edəcək

Telekommunikasiya Materials 1 Aprel 2010 17:32 (UTC +04:00)
Regional Rabitə Birliyi iştirakçısı olan ölkələrin informasiya cəmiyyətinin qurulmasına hazırlığı məsələsində əməkdaşlıq üzrə işçi qrupu fəaliyyətinin əsas istiqamətlərini müəyyən edəcək.
Azərbaycanın Rabitə Nazirliyi RRB iştirakçısı olan ölkələrdə informasiya cəmiyyətinin qurulması məsələsinin müzakirəsində iştirak edəcək

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir H.Vəliyev/

Regional Rabitə Birliyi (RRB) iştirakçısı olan ölkələrin informasiya cəmiyyətinin qurulmasına hazırlığı məsələsində əməkdaşlıq üzrə işçi qrupu fəaliyyətinin əsas istiqamətlərini müəyyən edəcək. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatında bildirilir.

Məsələyə işçi qrupunun və RRB-nin informasiyalaşdırma komissiyasının iclasında baxılacaq. İclas aprelin 2-3-də Astanada keçiriləcək. İclasda Azərbaycanı RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov təmsil edəcək.

İclas zamanı RRB ölkələrində istifadəçilərin beynəlxalq statistika standartlarına cavab verən səhih statistik məlumatlarla təmin olunmasına yönələn informasiya cəmiyyətinin qurulmasına hazırlığı üzrə göstəricilərin hazırlanması və unifikasiyası imkanları, idarə qərarlarının qəbulunun səmərəliliyinin artırılmasına yönələn idarələrarası vahid informasiya-statistik sistemin yaradılması imkanları, həmçinin işçi qrupunun fəaliyyəti ilə bağlı təşkilati məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti